Xəbərlər

Şura 2019-cu il 5-ci qrant müsabiqəsini elan edir

62f1f189selis-sekil.jpg
13 Nov 2019 | 14:16

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına

Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə

insan alverinə qarşı mübarizə sahəsindəQHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsini

ELAN EDİR

 

            Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) qrant müsabiqəsində (bundan sonra – müsabiqə) iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

            Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, aşağıdakı mövzular üzrə layihələri qəbul edir:

 

SN

Müsabiqə mövzusunun adı

Bir layihə üçün maksimum məbləğ (AZN)

1

İnsan alverindən zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərə xidmət göstərən qeyri-dövlət sığınacaqlarının imkanlarının və potensialının artırılmasına dair təşəbbüslər

25 000,0

2

İnsan alverinin qarşısının alınması üzrə preventiv (profilaktik) tədbirlərin təşkilinə dair təşəbbüslər

10 000,0

3

İnsan alverindən zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərin müdafiəsi və sosial reabilitasiyasına dair təşəbbüslər

15 000,0

4

İnsan alverindən zərərçəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqlarla sosial (profilaktiki) işin həyata keçirilməsi, onlara yardım göstərilməsinə dair təşəbbüslər

10 000,0

5

İnsan alverindən zərərçəkmiş, zərər çəkməsi ehtimal olunan şəxslərin və ya insan alverinin potensial qurbanlarının müəyyən olunması və müdafiəsi mövzularında səlahiyyətli dövlət orqanlarının nümayəndələri üçün təlimlərin keçirilməsi və təlimat kitabçalarının hazırlanmasına dair təşəbbüslər

10 000,0

6

İnsan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə xarakterli tədbirlərə dair təşəbbüslər

15 000,0

7

İnsan alverinə qarşı birgə mübarizənin səmərəliliyinin artırılması məqsədilə dövlət və qeyri-dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə dair təşəbbüslər

10 000,0

 
 

 

Qeyd:

  • Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.

·         Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstək məktubunu alan layihələrə üstünlük veriləcək.

 

 
 

Layihələrin müddəti

Layihələrin müddəti 3 (üç) ayadək ola bilər.

 

Müsabiqə mərhələləri

Müsabiqə üzrə ərizə və layihə sənədlərinin qəbulu 4 sentyabr 2019-cu il tarixindən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır:

  • 1-ci mərhələ - Ərizənin qeydə alınması və layihə sənədlərinin qəbulu;

       Bu mərhələ 4 sentyabr - 10 sentyabr 2019-cu il saat 18.00-dək müddəti əhatə edir.

  • 2-ci mərhələ - Ərizələrin və layihələrin texniki seçim mərhələsi;

       Bu mərhələ 4 sentyabr - 11 sentyabr 2019-cu il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə və layihə sənədləri, onlara əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

  • 3-cü mərhələ - Qeydə alınmış layihələrin ekspertlər tərəfindən qiymətləndirilməsi;

Bu dövr 11 sentyabr - 15 sentyabr 2019-cu il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr ekspertlər tərəfindən onlayn qaydada qiymətləndirilir.

  • 4-cü mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi;

       Müsabiqə qalibləri 2019-cu il sentyabr ayının 16-dan sonra müəyyən olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın rəsmi internet saytında və digər internet informasiya resurslarında dərc ediləcək.

 

Əlavə məlumatlar

Müsabiqədə iştirakla bağlı e-ərizə bölməsindən istifadəyə dair təlimatla tanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün QHT-lər Şura Katibliyinin məsləhətçiləri Tural Hüseynli və Elnur Bağırlıya müraciət edə bilər.  

       Tel/faks: (012) 493 17 32/80 (daxili250/270).

       E-mail: [email protected][email protected]